DÜNYA


Böyük Britaniyada pandemiya ilə əlaqədar qaydalar yenidən sərtləşdirilir

London, 9 sentyabr, AZƏRTAC

Böyük Britaniyada koronavirusa yoluxma hallarında artım baş verdiyi üçün qaydalar yenidən sərtləşdirilir.

Hökumət tərəfindən qəbul edilən yeni qərara görə bazar ertəsindən etibarən 6 nəfərdən artıq insanın bir yerə toplaşması qadağan olunub.

Nazirlər Kabinetindən edilən açıqlamada toplaşma qadağasının həm qapalı, həm də açıq məkanları əhatə etdiyi bildirilib.

Qaydaya tabe olmayanlar 100 funt sterlinq məbləğində cəzalandırılacaq. Qanun pozuntusu təkrarlanarsa, cərimə əvvəlki ilə müqayisədə iki dəfə artırılacaq.

Qadağa bütün yaş qruplarını, ictimai yerləri, pub və restoranlar kimi yerləri əhatə edir.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.