DÜNYA


Böyük Britaniyada vergilər artırılacaq

London, 5 oktyabr, AZƏRTAC

Böyük Britaniyada vergilər artırılacaq.

AZƏRTAC xəbər verir ki, maliyyə naziri Rişi Sunak ölkənin rekord miqdarda borcu olduğunu və iqtisadi canlanmanı dəstəkləmək üçün ölkədə vergilərin artırılacağını bildirib.

Mançesterdə hakim Mühafizəkarlar Partiyasının ümumi qurultayında danışan Sunak Krallığın milli borcunun ölkənin Ümumi Daxili Məhsuluna (ÜDM) nisbətinin təxminən 100 faiz olduğunu və buna görə də vergi sistemində dəyişikliklər ediləcəyini söyləyib.

O, həmçinin 500 milyon funt sterlinq dəyərindəki məşğulluğa dəstək proqramının iqtisadi canlanmaya kömək edəcəyini də əlavə edib. Sentyabr ayında ölkədə sağlamlıq və sosial xidmət sahələrinə dəstəyin gücləndirilməsi üçün gəlir vergisi 1,25 faiz artırılıb.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.