DÜNYA


Böyük Britaniyanın Baş naziri Leyboristlər partiyasına çağırış edib

London, 13 aprel, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Tereza Mey Leyboristlər partiyasına çağırış edib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Avropa İttifaqı ilə Brexit tarixini dəyişdirən (31 oktyabr) müqaviləsini imzaladıqdan sonra parlamentdə çıxış edən Tereza Mey mövcud vəziyyətdən xilas olmaq üçün birlikdə hərəkət etməyə çalışacaqlarını söyləyib. O qeyd edib ki, deputatlar Avropa İttifaqından çıxmaq haqqında müqaviləsini təsdiqləsələr, Britaniyanın gələn ay keçiriləcək Avropa Parlamentinə seçkilərdə iştirak etməsinə ehtiyac qalmayacaq.

“Qəti razılığa gəlmək asan olmayacaq, hər iki tərəf bunu etmək üçün güzəştə getməlidir”.

Leyboristlər partiyasının lideri Ceremy Korbin Brexitin gecikməsini diplomatik uğursuzluq kimi şərh edib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.