DÜNYA
Böyük Britaniyanın bəzi bölgələrində yenidən karantin rejimi tətbiq olunacaq
London, 18 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın Nors Vest, Midlands və Vest Yorkşir bölgələrində yenidən karantin rejimi tətbiq olunmasına başlanılacaq.
Virusa yoluxanların sayında artım baş verdikdən sonra Səhiyyə Departamenti tərəfindən yenidən bir çox bölgələrdə gücləndirilmiş karantin rejiminin tətbiq olunmasına qərar verilib.
Sakinlərdən ictimai nəqliyyatdan yalnız məktəbə və ya işə getmək kimi vacib məqsədlər üçün istifadə etmələri tövsiyə olunub.
Çərşənbə axşamından etibarən bölgələrdə qaydalar tətbiq olunmağa başlayacaq.
Ekspertlər tezliklə yenidən ölkə miqyasında tədbirlərin görüləcəyini bildirirlər.
Qeyd edək ki, Böyük Britaniyada 381 min 614 nəfər virusa yoluxub, 41 min 705 nəfər isə həyatını itirib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]