DÜNYA


Böyük Britaniyanın ən kiçik evi satışa çıxarılıb

London, 28 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın ən kiçik evi satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, Şimali Yorkşir bölgəsindəki Qrimston Parkında yerləşən ölkənin ən kiçik evi 235 min funt-sterlinqə satışa qoyulub. 16 kvadratmetr olan ikimərtəbəli evin aşağı mərtəbəsində yataq otağı və qonaq otağı, yuxarı mərtəbədə isə mətbəx və hamam var.

Debra və Dave Bovman cütlüyü 2000-ci ildə aldıqları evdə təxminən 20 il yaşayıblar. Təqaüdə çıxdıqdan sonra evi satışa çıxaran Bovmanlar daha böyük bir evə köçməyi planlaşdırdıqlarını bildiriblər.

Ev Lids Bradford hava limanına cəmi 40 dəqiqəlik məsafədə yerləşir.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.