Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Böyük azərbaycanlı!

Böyük azərbaycanlı!

Bakı, 6 may, AZƏRTAC

Adətən belə olur ki, lideri dünyaya mənsub olduğu dövlətin gücü və qüdrəti tanıdır. Coğrafi baxımdan böyük olmayan ölkələrin nümunəsində isə nadir şəxsiyyətlərə nəsib olur ki, onlar mənsub olduqları xalqı və rəhbərlik etdikləri dövləti dünyaya tanıtdıra və saydıra bilsinlər. Bütün ictimai-siyasi formasiyalar dönəmində bu, belə olub. Ümumi qaydadan istisnalar yalnız o halda baş verir ki, say tərkibindən və coğrafi ölçüsündən asılı olmayaraq, xalq xilaskarlıq və qalibiyyət missiyasını yerinə yetirməyə qadir olan tarixi şəxsiyyətini yetişdirir. Elə şəxsiyyəti ki, onun üçün xalqın və dövlətin maraqları bütün maraqların fövqündə dayanır. Uinston Çörçill dəyərli kəlamlarından birində deyirdi: “Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Böyük azərbaycanlı!” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin qeyd edilir: “Bəzən kimlərsə əldən verilən fürsəti mövcud olan ictimai-siyasi quruluşun mürəkkəbliyi ilə izah etməyə çalışır. Tarixi şəxsiyyətin böyüklüyü ondadır ki, çətinliyə və təhlükələrə baxmayaraq, zamanın qəlibinə sığmır, əksinə, ölçü meyarını-qəlibi özü yaradır. Çünki gələcək seçkiləri yox, gələcək nəsilləri düşünür. Kim fikirləşə bilərdi ki, sovetlər dönəmində İttifaq respublikalarından birinin rəhbəri deyəcək ki, ölkəmin rəsmi dövlət dili Azərbaycan dili olmalıdır. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında bu müddəa təsbit olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Sovet imperiyasının repressiv mahiyyətindən çəkinmədən o dövrdə belə bir təşəbbüslə çıxış etmək o demək idi ki, təkcə siyasi gələcəyini deyil, həyatını da təhlükəyə atırsan. Bunu yalnız o şəxsiyyət edə bilərdi ki, azərbaycançılıq əqidəsi və milli dövlətçilik məfkurəsi onun həyat qayəsinə çevrilir. Yalnız bu müqəddəs amalla yaşayan Lider dövrünün ağır şərtləri altında elə fitri istedad sahibi olmalı idi ki, irəli sürdüyü təşəbbüsü İttifaq rəhbərliyinə qəbul etdirə bilsin. Deməli, milli maraqlara xidmət edən təşəbbüsün mümkünsüzlüyünü dövrün qayda-qanunlarının və mürəkkəbliyinin üzərinə ancaq o rəhbərlər yıxır ki, onlar milli lider səviyyəsinə heç vaxt ucalmırlar. Ulu Öndər isə bunları ona görə edə bildi ki, O, hələ sovetlər dönəmində xalqımızın ümummilli lideri zirvəsinə ucalmışdı.

Alman filosofu Şopenhauer deyirdi: “İstedadlı adam qoyulmuş məsələni hamıdan yaxşı həll edəndir, dahi isə başqalarının heç ağlına da gəlməyən məsələləri həll edir”. Ulu Öndər o dövrdə çoxlarının ağlına gəlməyən və həlli də mümkünsüz görünən milli atributlarımızdan birini Əsas Qanunda təsbit etməklə sübuta yetirdi ki, yalnız dahilər zamanı qabaqlaya bilirlər. Elə buna görə o da təsadüfi deyil ki, Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən- 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağını Naxçıvan MR-ın dövlət rəmzi qismində təsdiq etdi və Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırdı ki, məhz bu bayraq Azərbaycanın dövlət rəmzi olmalıdır. O zaman sovetlər hələ dağılmamışdı, süqutuna bir ildən də artıq vaxt qalırdı. Bu addımı yalnız o tarixi şəxsiyyət ata bilərdi ki, müstəqil və milli dövlətçilik məfkurəsinə əzəldən bağlı olsun.

Nobel mükafatı laureatı Henrix Vilandın dəyərli bir kəlamı var. O deyirdi ki, dahilər heç bir işi yarımçıq qoymurlar. Ulu Öndərimiz də atdığı addımları yarımçıq qoymadı. Azərbaycan xalqı taleyinin ən çətin dönəmində - milli qürurunun sınağa çəkildiyi, milli kimliyinin suallar altına qoyulduğu, işğala məruz qaldığı, qardaş qırğınına sürükləndiyi bir vaxtda- 1993-cü ildə Heydər Əliyevin tarixi xidmətlərini unutmadığını və bütün dövrlərdə qəlbində yaşatdığını sübut etdi, düşdüyü ağır vəziyyətdən çıxmaq üçün öz liderini ikinci dəfə hakimiyyətə gətirdi. Bu, xalqımız üçün həqiqətən Qurtuluş seçimi idi: özbaşınalıqdan, qanunsuz silahlı dəstələrin fironluq etməsindən, sabaha olan inamsızlıqdan, dövlət müstəqilliyini növbəti dəfə itirmək təhlükəsindən. Xalqımız Heydər Əliyevi hakimiyyətə gətirmək tələbində o dərəcədə israrlı idi ki, o zaman iqtidarda olanlar Azərbaycan xalqının tələbi və seçimi ilə hesablaşmaq məcburiyyətində qaldılar.

Heydər Əliyev fenomeni qısa zaman kəsiyində sübut etdi ki, yalnız tarixi şəxsiyyətlər xilaskarlıq missiyasını yerinə yetirməyə və xalqın özgüvənini qaytarmağa qadir olur. Ulu Öndər həyat yolu, fəaliyyəti ilə təsdiq etdi ki, hakimiyyət institutlarına ictimai etimadı böyük liderlər bərpa edə bilir. Bütün bunlar həm də ona görə mümkün oldu ki, Azərbaycan xalqı öz liderinin tarixi missiyasına inanırdı və seçimində yanılmadığına əmin idi. Ulu Öndər onu da sübut etdi ki, yalnız böyük dövlət xadimi maraqları bir-biri ilə uzlaşmayan, əks qütblərdə dayanan dünya güclərini bir araya gətirməyə qadirdir. Heydər Əliyev, geosiyasi oyunlara və çoxsaylı maneələrə baxmayaraq, 1994-cü ilin sentyabrında XX əsrin ən böyük Neft Kontraktının imzalanmasına nail oldu və bununla da ölkəmizin iqtisadi müstəqilliyinin təməlinə imza atdı. Heydər Əliyev dühasının böyüklüyü ondadır ki, atdığı addımlar sayəsində coğrafi baxımdan elə də böyük olmayan Azərbaycan dünya siyasətinin, dünya iqtisadiyyatının əsas mərkəzlərindən birinə çevrildi. Xalqımızın 2020-ci ilin noyabrında əldə etdiyi tarixi Zəfərinin təməli də məhz o dövrdə qoyuldu. Ulu Öndərin vəfatından 17 il sonra - 2020-ci il dekabrın 10-da Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Paradını Azadlıq meydanında keçirməklə dünyaya sübut etdi ki, Qarabağ de-yure olduğu kimi, artıq de-fakto da Azərbaycandır! Prezident İlham Əliyev Qələbə paradı ilə həm də bu mesajı verdi ki, istənilən qüvvə, istənilən güc tarixi ədaləti bərpa etməyə qadir olan Heydər Əliyev siyasi məktəbi ilə hesablaşmaya bilməz və bu siyasi seçimin ölkəmizdə alternativi yoxdur. Paradda Fəxri qonaq qismində iştirak edən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan həqiqətlərini beynəlxalq birliyə bu cümlələrlə çatdırdı: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, İnşallah, dastan yazmaqda davam edəcək”.

Böyük filosof C.Santayana deyirdi: “Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır”. Millətlərin, xalqların müqəddəratına gəldikdə isə, bu imtahanlar daha amansız olur. Ulu Öndərimiz şərəfli ömür yolu ilə sübut etdi ki, ağır imtahanlardan nadir xalqlar üzüağ çıxa bilir. Yalnız o xalqlar ki, xilaskarlıq missiyasını yerinə yetirməyə qadir olan milli liderini yetişdirə bilir, tərəddüd etmədən ona güvənir və sonadək arxasında dayanır. Çünki bu tarixi şəxsiyyətlər üçün mənsub olduqları xalq toplum, rəhbərlik etdikləri ölkə isə coğrafi vahid anlamına gəlmir. Məhz buna görə Heydər Əliyev deyirdi: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI