İDMAN


“Böyük dəbilqə”: Cüdoçumuz Balabəy Ağayev qızıl medal uğrunda mübarizə aparacaq

Bakı, 16 oktyabr, AZƏRTAC

Parisdə keçirilən “Böyük dəbilqə” turnirində çıxış edən cüdoçumuz Balabəy Ağayev (60 kq) finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, yarımfinalda Monqolustan təmsilçisi Sumiyabazar Enkhtavanı məğlub edən cüdoçumuz finala adlayıb. Onun həlledici mərhələdə rəqibi Rusiya təmsilçisi Ramazan Abdulayev olacaq.

Oktyabrın 17-dək davam edəcək turnirdə 46 ölkədən 283 cüdoçu iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.