İDMAN


“Böyük dəbilqə” turniri: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb

“Böyük dəbilqə” turniri: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda Serbiya təmsilçisi Nemanya Maydovla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Mehdiyev “Böyük dəbilqə”nin qalibi olub.

100 kiloqramda yarışan Zelim Kotsoyev bürünc medal görüşündə Onise Saneblidze (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Böyük dəbilqə” turnirinin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kiloqramda Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı, ümumilikdə, 9 cüdoçu təmsil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.