ELM VƏ TƏHSİL
Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri tədqiq edilib
Bakı, 10 yanvar, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri tədqiq olunub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı institutun elmi seminarında məruzə edən texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova bu istiqamətdə aparılan elmi-tədqiqat fəaliyyətindən danışıb. Məruzəçi bildirib ki, mövzusu üzrə şəbəkə trafikində DoS hücumların aşkarlanması üçün model işlənilib, böyük sosial media məlumatlarında milli təhlükəsizliyə təhdidlərin aşkarlanması üçün “text mining” yanaşması, sosial şəbəkə məlumatlarının sentiment analizi üçün təlim modeli işlənilib, elmi-nəzəri problemlər tədqiq edilib. Bundan əlavə, böyük həcmli verilənlərdə axtarış sistemlərinin effektivliyinin artırılması üçün alqoritmlər işlənilib.