MƏDƏNİYYƏT


“Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi açılacaq

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, torpaqlarımızın azad olunmasında Azərbaycan Ordusunun rəşadət və qəhrəmanlığına həsr olunmuş əsərlərdən ibarət “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi təşkil olunacaq.

Qalereyadan AZƏRTAC-a bildirilib ki, mövzu ilə bağlı əsərlərin fotoşəkillərini, müəllifin adı, soyadı, əsərin adı, ölçüləri və icra texnikasını qeyd etməklə [email protected] elektron-poçt ünvanına göndərmək tələb olunur.

Əsərlərin qəbulu aprelin 23-dək aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.