Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Böyük qələbəyə inamla” sənədli filminin təqdimatı olmuşdur

Bakı, 5 may (AZƏRTAC, Əsəd Məmmədov). Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradovanın təşəbbüsü, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə çəkilmiş, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş “Böyük qələbəyə inamla” sənədli filminin mayın 5-də təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev sənədli film haqqında danışmışdır. Qeyd edilmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində 1993-cü ilin avqustunda Füzuli rayonu da düşmən tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayonun 120 min əhalisi Azərbaycanın 58 rayonunda məskunlaşmışdır. Diqqətə çatdırılmışdır ki, Azərbaycanın son dərəcə ağır və böhranlı günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə görkəmli ziyalılarımız xalqımızın müdrik oğlu, ümummilli lider Heydər Əliyevə müraciət etmişlər. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra cəbhə bölgəsinə gələrək əsgərlərlə görüşmüşdür. Məhz Ümummilli Liderin Ali Baş Komandanlığı ilə 1994-cü ilin yanvarında Azərbaycan ordusunun apardığı uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bundan dərhal sonra rayonun işğaldan azad edilmiş ərazilərində Ulu Öndərin tapşırıqlarına uyğun olaraq infrastrukturun bərpasına başlanılmışdır. Bu gün rayon əhalisinin 70 min nəfəri işğaldan azad olunmuş doğma torpaqlarında yaşayır. Bu əhali 22 yaşayış məntəqəsində və yeni salınmış 19 qəsəbədə məskunlaşmışdır.

Daha sonra “Böyük qələbəyə inamla” sənədli filmi nümayiş olunmuşdur. Filmdə Füzuli rayonunun tarixi və memarlıq abidələri haqqında ətraflı məlumat verilir. Füzulinin 1993-cü ilin avqustunda erməni silahlı birləşmələri tərəfindən işğalı, həmin ilin oktyabrında Heydər Əliyevin prezident seçilməsindən sonra Azərbaycan ordusunun əks hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsinin erməni işğalından azad edilməsi və bərpası istiqamətində görülən işlər öz əksini tapır. Filmdə, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Horadizdə, ümumilikdə Füzulidə aparılan irimiqyaslı abadlıq-quruculuq işləri və sakinlərin sabaha, qələbəyə inamından geniş bəhs olunur.

Milli Məclis sədrinin müavini Bahar Muradova tədbirdə çıxış edərək “Böyük qələbəyə inamla” sənədli filminin əhəmiyyətindən danışmışdır. Bahar Muradova vurğulamışdır ki, film tariximizə nəzər salmaq baxımından çox önəmlidir. Bu film həm də fədakar insanlar haqqında bir hekayədir.

Milli Məclisin sədr müavini demişdir: “Hər bir azərbaycanlı fəxr etməlidir ki, qədim tarixə malik bir xalqın nümayəndəsidir. Azərbaycan xalqının qədim mədəniyyəti, zəngin tarixi keçmişi, qəhrəmanlıq salnaməsi vardır. Bütün bunlar həm də xalqımızı uğurlu gələcəyə aparan bir yoldur. Xalqımız bu tarixi yolu keçərkən bir çox çətinliklərlə üzləşmişdir. Bunu filmdəki kiçik kadrlar da sübut edir. Amma biz xarakterimizə uyğun olaraq çətinliklərlə üzləşdiyimiz zaman heç vaxt qürur hissimizi itirmədik. Sabaha inamla yaşadıq. Hər şeyin yaxşı olacağına inandıq”.

Bahar Muradova diqqətə çatdırmışdır ki, Azərbaycan xalqı Füzuli əhalisinin timsalında öz ordusuna, dövlətinə, öz siyasi ideologiyasına, Prezidentinə inanır. Bu inamı Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin siyasi ideologiyası şərtləndirir. Bütün qələbə və uğurlarımız da məhz bu inamdan doğur.

Milli Məclis sədrinin müavini əminliklə bildirmişdir ki, yurd-yuvasından didərgin düşmüş hər bir insan qısa müddətdən sonra uğrunda vuruşduğumuz o torpaqlara qayıdacaqdır. Şəhid olmuş hər bir insanımız, dağıdılmış hər bir mədəni-milli abidəmiz üçün düşmən cavab verəcəkdir. Yaşadıqlarımız bizi nəticə çıxarmağa vadar edir, bizi bu dövlətə, onun taleyinə sahiblik hissinə məsuliyyətlə yanaşmağa çağırır.

Bildirilmişdir ki, filmin məqsədlərindən biri də təmas xəttində müxtəlif məhrumiyyətlərə məruz qalmış insanların necə böyük fədakarlıqla, qəhrəmanlıqla, yurduna bağlılıq hissi ilə yaşadığını göstərməkdir.

Horadiz döyüşündən söhbət açan Bahar Muradova bunun hərb tariximizin ən şanlı səhifələrindən biri olduğunu söyləmişdir. O demişdir: “Həqiqətən də bu döyüş təfəkkürümüzdə, düşüncəmizdə, inamımızda çox böyük dönüşə səbəb olmuşdur. Məhz bu döyüşün nəticəsində xalqımız öz ordusuna, gücünə inandı. Xalqımız inandı ki, öz qüdrətinə arxalananda böyük işlər görə bilər. Məhz bu döyüş göstərdi ki, Ümummilli Liderin çağırışı ilə yüz minlərlə insan silaha sarılaraq ən çətin vəzifənin öhdəsindən belə gələ bilər”.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzulinin 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi, həmin ərazilərdə aparılan yenidənqurma və bərpa işlərindən danışmışdır.

Füzulinin tarixi, ziyalıları barədə iştirakçılara məlumat verən Baş nazirin müavini bu rayonun ölkəmizin qədim yaşayış məskənlərindən biri olduğunu bildirmişdir. Əli Həsənov qeyd etmişdir ki, dünyada ən qədim yaşayış məskəni olan Azıx və Tağlar mağara düşərgələri tarixi mədəniyyət nümunələri ilə zəngin olan bu rayonun ərazisindədir. Bildirilmişdir ki, işğal nəticəsində rayona ümumilikdə 30 milyard dollar ziyan dəymişdir.

Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Füzuli rayonu mehriban insanlara, qədim tarixə, münbit torpağa malik bir ərazidir. Rayon elm, mədəniyyət, idman və digər sahələrdə ölkəmizə bir çox tanınmış şəxsiyyətlər bəxş etmişdir.

Horadiz əməliyyatından danışan Əli Həsənov bildirmişdir ki, bu ərazinin işğaldan azad olunması çox mühüm bir hadisədir. Çünki Horadiz çox əlverişli bir strateji mövqeyə malikdir. O demişdir ki, Horadiz, həmçinin sovet hakimiyyəti dövründə həmin ərazidə yerləşən ətraf rayonlar üçün regional baza idi. Burada regional neft bazası, pambıqtəmizləmə zavodu və digər önəmli müəssisələr var idi. Bundan başqa, Horadizin işğal olunması ilə digər rayonlar da blokada şəraitinə düşürdü. Buna görə də Ulu Öndər əməliyyatın məhz bu istiqamətdə aparılmasını qərara almışdı.

Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışan Baş nazirin müavini demişdir: “Biz bugünkü inkişafa görə xalqımızın ümummilli lideri Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevə borcluyuq”.

Əli Həsənov vurğulamışdır ki, dünya birliyində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə ədalətsizlik hökm sürür. Çox təəssüflər olsun ki, beynəlxalq təşkilatların qərarlarını icra etməyənlərə himayədarlıq olunur, onların hərəkətləri əməldə dəstəklənir.

Baş nazirin müavini əmin olduğunu bildirmişdir ki, torpaqlarından didərgin düşmüş həmvətənlərimiz yaxın vaxtlarda öz ata-baba yurdlarına qayıdacaqlar.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin baş proqram direktoru İlham Alışanov Azərbaycan Televiziyasının hər zaman Qarabağ mövzusuna xüsusi diqqət ayırdığını söyləmişdir. Bildirilmişdir ki, bu mövzuda çox sayda filmlər, silsilə verilişlər hazırlanmışdır.

Qeyd edilmişdir ki, “Böyük qələbəyə inamla” filmi isə yaxın hərb tariximizin uğurlu əməliyyatı kimi tarixə düşən Horadiz əməliyyatı ilə bağlı ikinci filmdir. Artıq qələbəyə, böyük qayıdışa inam yaradan bu cür filmlərin çəkilişi davamlı xarakter almışdır.

Sonra Horadiz əməliyyatının iştirakçısı, Qarabağ müharibəsi veteranı Füzuli Rzayev, Füzuli rayon sakini Məcnun Vəliyev çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşə hər an hazır olduqlarını bildirmişlər. Onlar, həmçinin dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.

Filmin təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ziyalılarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri də iştirak etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar