İDMAN


“Brabham” Le-Mana qayıdır

Bakı, 10 yanvar, AZƏRTAC

Ötən il “Brabham Automotive” şirkəti 700 atmosfer gücü olan 5,4 litr həcmli V8 mühərriki ilə təchiz olunmuş “BT62” super avtomobilini təqdim etmişdi. Ondan əvvəl elan edilmişdi ki, “Brabham”ın zavod komandası bu avtomobillə artıq 2021-2022-ci illərdən başlayaraq “GTE” kateqoriyasında dözümlülük baxımından “FIA WEC” dünya çempionatında iştirak etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, avtomobillərin testləri artıq neçə aydır keçirilir. Komandaya Devid Brebem rəhbərlik edir. Qarşıdakı çıxışı şərh edən Brebem deyib: “Mən bir neçə il “Brabham”ın Le-Mana qayıtması üzərində işləmişəm. Əlamətdar haldır ki, hazırda biz bunu rəsmən elan edirik.

2018-ci ilin mayında “Brabham Automotive” özünün ilk avtomobilini təqdim edib. Bizim Le-Mana qayıtmazdan əvvəl görəcəyimiz işlər çoxdur. Biz yürüşlərdə iştirakla bağlı uzunmüddətli layihəyə başlayırıq. Biz yürüş sənayesinin aparıcı mühəndis və istedadlı mütəxəssisləri olan dünya səviyyəli rəqabətqabiliyyətli komanda hazırlamağa şərait yaradacaq “BT62”nin və gələcək məhsulların inkişafını səbirsizliklə gözləyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.