DÜNYA


Braziliya əcnəbilər üçün hava sərhədini açır

Bakı, 30 iyul, AZƏRTAC

Braziliya hakimiyyəti xarici ölkə vətəndaşları üçün hava sərhədlərini açmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar hökumətin rəsmi qəzetində dərc olunub.

Koronavirusun yayılması səbəbindən mart ayının sonlarından etibarən Braziliyanın hava sərhədi bağlanmışdı.

Qərara əsasən, ölkəyə 90 gündən çox olmayaraq qısa müddətə gələn xarici sərnişinlər enişdən öncə nəqliyyat kompaniyasına Braziliyada qüvvədə olan və bütün səfər müddətini əhatə edən tibbi sığorta sənədi təqdim etməlidirlər.

Braziliyaya quru və dəniz yolu ilə daxil olmağa qoyulan qadağa isə hələ 30 gün qüvvədə olacaq. Bundan başqa, Matu-Qrosu-du-Sul, Paraiba, Rondoniya, Riu-Qrandi-du-Sul və Tokantins ştatlarının aeroportları beynəlxalq uçuşlar üçün bağlı qalacaq.

Qeyd edək ki, dünya üzrə COVID-19 pandemiyasının statistikasını aparan Worldometer saytının məlumatına əsasən, ötən gün Braziliyada 70 min 869 nəfər koronavirusa yoluxub, 1554 xəstə vəfat edib. Beləliklə, ölkədə virusa yoluxanların sayı 2 milyon 555 min 518 nəfərə, ölənlərin sayı isə 90 min 188 nəfərə çatıb. Braziliya həm yoluxma hallarının, həm də ölənlərin sayına görə dünyada ABŞ-dan sonra ikinci yeri tutur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.