DÜNYA


Braziliyada məktəbə silahlı hücum nəticəsində 6 nəfər öldürülüb

Bakı, 13 mart, AZƏRTAC

Braziliyada məktəbə silahlı hücum nəticəsində 6 nəfər öldürülüb. AZƏRTAC “The Rio Times” saytına istinadla xəbər verir ki, San-Paulu ştatının Suzanu qəsəbəsində iki maskalı yeniyetmə məktəb binasına hücum edərək 5 şagirdi və 1 müəllimi qətlə yetiriblər.

Qəzəbə polisinin məlumatına görə, qanun keşikçiləri ilə atışmadan sonra terror aktını törədənlər intihar ediblər. Silahlı hücumun baş verməsinin səbəbləri aydın deyil. Hazırda insidentlə bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.