DÜNYA
Britaniya hökuməti ölkəyə daxil olan turistlərə tətbiq edilən karantin rejimini dəyişir
London, 5 iyul, AZƏRTAC
Böyük Britaniya hökuməti ölkəyə daxil olan turistlərə tətbiq edilən karantin rejiminə bəzi dəyişikliklər edib.
AZƏRTAC xəbər verir ki, dəyişikliklərə əsasən bir çox ölkədən gələn turistlərə 14 günlük karantin rejimi tətbiq olunmayacaq.
Almaniyada, Yeni Zelandiya, Türkiyə, Karib adaları, Yunanıstan, Norveç, Polşa, Avstraliya, Honkonq, Danimarka, Fransa, Hollandiya, İspaniya, İsveçrə, Malta, Finlandiya, Belçika, Cənubi Koreyadan və Vyetnamın da daxil olduğu bu ölkələrin vətəndaşları iyulun 10-dan etibarən Böyük Britaniyaya səfər edə biləcəklər.
Ölkənin Nəqliyyat Nazirliyindən verilən acılamada isə bildirilir ki, bu bölgələrdən gələn insanlar yaxın vaxtlarda başqa bir ölkəyə səyahət etmiş olarlarsa o zaman onlardan özlərini karantinə almaları tələb ediləcək.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London