DÜNYA


Britaniyada işsizlik 5 faizə yüksəlib

London, 23 fevral, AZƏRTAC

Böyük Britaniyada işsizlik 5 faizə yüksəlib.

AZƏRTAC xəbər verir ki, Milli Statistika İdarəsinin açıqladığı məlumata əsasən, karantin dövründə işsizlik 5 faizə yüksəlib. Dekabr ayından bəri ölkədə davam edən karantin rejimi işsizliyin sayını artırıb.

Maliyyə naziri Rişi Sunak pandemiyaya görə işini itirən şəxslərə dövlət tərəfindən maddi dəstəyin olacağını açıqlayıb. Bu günə qədər tətbiqdən 10 milyon insanın faydalandığı və dövlətin təxminən 40 milyard funt xərclədiyi bu dəstək aprel ayına qədər davam edəcək.

Baş nazir Boris Conson infeksiya nisbətlərinin düşməsi və peyvəndlənmənin COVID-19 təhlükəsini azaltdığı üçün iqtisadiyyatı və sosial həyatı etibarlı bir şəkildə bərpa etmək üçün karantin rejiminin yumşadılacağını açıqlayıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.