DÜNYA


Britaniyadakı Polşa vətəndaşlarına Brexitdən sonra bu ölkəni tərk etmək barədə düşünmək tövsiyə olunub

London, 19 sentyabr, AZƏRTAC

Polşanın Böyük Britaniyadakı səfiri Arkadi Jeqotski Polşa vətəndaşlarına Brexitdən sonra bu ölkəni tərk etmək barədə düşünməyi tövsiyə edib. O, Polşada həyat səviyyəsinin yaxşılaşdığını və geri qayıtmaq üçün çox yaxşı fürsət yarandığını söyləyib.

Səfir İngiltərədə yaşayan polyakları ya yaşadıqları ölkədə vətəndaşlıq statusu üçün müraciət etməyə, ya da geri qayıtmaqla gələcəklərini təmin etməyə çağırıb.

Qeyd edək ki, Polşa 2004-cü ildə Avropa İttifaqına üzv olduqdan sonra bu ölkədən İngiltərəyə miqrasiya artıb. Həmin dövrdə Polşada işsizlik səviyyəsi təxminən 20 faiz, gəlirlər İngiltərədəkindən dörd qat aşağı idi.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.