Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri iclasda çıxış edib

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Belçikanın paytaxtı Brüsseldə Pan Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda PARŞ-ın Baş Assambleyasının dekabrın 16-da keçiriləcək iclasına hazırlıq məsələləri və Baş Assambleya tərəfindən növbəti 4 il üçün qəbul ediləcək Siyasi Sənəd müzakirə olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildiriblər ki, AHİK-in sədri, Milli Məclisin deputatı, Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev iclasda çıxış edib.

S.Möhbalıyev çıxışında həmkarlar ittifaqı təşkilatlarının yaradılması ilə bağlı təşkilati işlər və gənclərlə aparılan iş, onların problemləri və həmkarlar ittifaqları olaraq bu sahələrdə görüləcək və həyata keçiriləcək tədbirlər haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, hazırkı şəraitdə beynəlxalq aləmdə bəzi istisnalar olmaqla həmkarlar ittifaqlarının boy artımı ciddi problem olaraq qalmaqdadır. Təbii ki, bunu həll etmək üçün ilk növbədə həmkarlar ittifaqlarının yaradılması və fəaliyyəti əsas şərt olaraq qalmaqdadır. Heç kimə sirr deyildir ki, işəgötürənlər həmkarlar ittifaqlarının yaradılmasına o qədər də isti münasibət bəsləmirlər. Özəl və xarici sərmayə ilə çalışan müəssisələr, o cümlədən transmilli kompaniyaların rəhbərləri həmkarlar ittifaqı təşkilatı yaratmaq təşəbbüsü ilə çıxış edən işçilərə bütün vasitələrdən istifadə edərək təzyiq göstərməyə çalışırlar. Belə işçiləri iş yerlərini dəyişməklə və ya tamamilə işdən azad etməklə hədələyirlər. Hazırkı şəraitdə işçi üçün iş yerinin itirilməsinin nə demək olduğunu isə biz həmkarlar ittifaqları olaraq çox yaxşı bilirik. Məhz bu baxımdan biz çalışmalıyıq ki, həmkarlar ittifaqları yaradılarkən işçilər bundan az zərərlə çıxsınlar.

Qeyd olunub ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası özəl, birgə müəssisələrlə və transmilli kompaniyalarla həmkarlar ittifaqlarının yaradılması ilə bağlı iş apararkən Beynəlxalq Əmək Təşkilatının 87, 98 saylı konvensiyalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına istinad edir. AHİK sədri həmkarlar ittifaqları üçün daha bir vacib məsələyə - gənclərlə aparılan işlərdə həmkarlar ittifaqlarının yeri və rolu ilə bağlı məsələyə toxunub. Hesab edib ki, gənclərin hüquq mənafelərinin müdafiə olunması, gənclərə həmkarlar ittifaqlarının mövcudluğunun, təyinatının, vəzifələrinin zəruriliyinin təbliği, onların həmkarlar ittifaqı üzvlüyünə cəlbi, işəgötürənlər tərəfindən gənclərin hüquqlarına riayət olunması həmkarlar ittifaqlarının gənclər siyasətinin əsasını təşkil etməlidir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası gənclər siyasətinin həyata keçirilməsində və gənc əməkçilərin hüquqlarının qorunmasında gördüyü işlər və qarşısında duran vəzifələri özünün Məclisində (2005-ci il 2 iyul) geniş müzakirə etmiş, gənclər siyasəti konsepsiyasını və proqramını qəbul etmişdir. Hazırda bu Konsepsiya və proqrama uyğun olaraq işlər davam etdirilir.

Səttar Möhbalıyev deyib: “Çox təəssüf ki, bu gün dünya iqtisadiyyatının bazar münasibətləri şəraitində gənclərin sosial iqtisadi vəziyyəti bir qədər pisləşib. Bu səbəbdən də həmkarlar ittifaqları gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlərin gücləndirilməsinə çalışmalıdır. Pan Avropa Regional Şurası bu məsələdə öz imkanlarından istifadə edərək maarifləndirici işlərinin coğrafiyasını genişləndirməyə səy göstərməlidir. Doğrudur, 2012-ci ildən AHİK-in maliyyə dəstəyi ilə region ölkələri gənclərinin iştirakı ilə gənclərin məşğulluq problemləri ilə bağlı hər il Bakı şəhərində seminar və konfranslar keçirilir. Hesab edirəm ki, bu təcrübə davam etdirilməlidir. Eyni zamanda, gənclər forumunun və gənclərin yay məktəblərinin təşkili də faydalı olar”.

AHİK sədri bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq ictimaiyyətin qlobal inkişaf təşəbbüslərinə daim yaxından maraq göstərir. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası BƏT-in Dayanıqlı İnkişaf Məqsədləri üzrə iki prioritet təşkilatından biridir. (Moldova və Azərbaycan). Bununla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibində Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı komissiya yaradılıb. Komissiyanın üzvləri tərəfindən “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri: 2015-2030-cu illər Gündəliyi - həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası” sənədi hazırlanıb. Sənəddə Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyindən 6 məqsəd AHİK üçün prioritet məqsədlər kimi seçilib. Bu məqsədlər aşağıdakılardır:

Məqsəd 1: Yoxsulluğa son

Məqsəd 3: Yaxşı səhiyyə və rifah

Məqsəd 4: Keyfiyyətli təhsil

Məqsəd 5: Gender bərabərliyi

Məqsəd 8: Layiqli əmək və iqtisadi artım

Məqsəd 17: Məqsədlər üçün tərəfdaşlıq

Həmkarlar ittifaqları 2015-2030-cu illər Gündəliyi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi və qiymətləndirilməsində tam şəkildə iştirak etməlidirlər. Bunun üçün 2030-cu ilə qədər olan müddət ərzində aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılmalıdır:

- BƏT-in müvafiq konvensiyalarının ratifikasiyasının dəstəklənməsi və bu konvensiyaların dəstəklənməsi üçün normativ aktların qəbul edilməsi;

- təhlükəsizlik, səhiyyə və davamlı inkişaf məsələlərini həll edən ikitərəfli və üçtərəfli mexanizmlərin yaradılması;

- davamlı inkişafa nail olmaq üçün toplu ekoloji sazişlərin sayının artırılması;

- statistik hesabatlara uyğun olaraq sənaye qəzalarının, zədələnmələrin və peşə xəstəliklərinin sayının azaldılması üçün mübarizə aparılması;

- işçilərin təhsilinin, xüsusilə də işçi təhlükəsizliyi və sağlamlığı sahəsində və iş mühitinin yaxşılaşdırılması sahəsində təhsilin təşkili, peşə hazırlığı və yenidən hazırlıq işlərinin genişləndirilməsi.

AHİK sədri çıxışının yekununda ümidvar olduğunu bildirib ki, İcraiyyə Komitəsinin yığıncağında qəbul ediləcək qərarlar üzv təşkilatların fəaliyyətinin bir daha canlandırılmasına, günün tələblərinə uyğun olaraq Pan Avropa Regional Şurasının qarşısında duran vəzifələrin uğurla həllinə yardımçı olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar