CƏMİYYƏT


Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib

Bakı, 14 noyabr, AZƏRTAC

Son günlərdə koronavirusa (COVID-19) yoluxanların sayında artımın olması nəzərə alınaraq noyabrın 14-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000-dən çox işçinin köməyi ilə artıq 16-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətidən AZƏRTAC-a bildirilib ki, görülən bu işlər Bakı şəhər sakinlərinin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.