CƏMİYYƏT


Bu gün COVID-19 əleyhinə 45 min dozaya yaxın peyvənd vurulub

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Azərbaycanda 44 min 716 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 min 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 min 396 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 469 min 618, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 119 min 77, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 350 min 541 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.