CƏMİYYƏT


Bu gün Dünya Sosial Ədalət Günü qeyd olunur

Bakı, 20 fevral, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası hər il fevralın 20-sinin Dünya Sosial Ədalət Günü kimi qeyd edilməsinə qərar verib.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, BMT-nin bəyanatında sosial ədalətin həm ölkələrin daxilində, həm də dövlətlərarası münasibətlərdə dinc şəraitin və rifahın təmin olunmasının əsas prinsiplərindən biri olduğu vurğulanır. “Biz sosial ədalət prinsiplərini dəstəkləyirik, qadınlarla kişilərin bərabərliyini, yerli xalqların və miqrantların hüquqlarını müdafiə edirik. Həmçinin sosial ədalətin bərqərar olmasına köməyimizi əsirgəmirik, bu yolda cinsiyyət, yaş həddi, irqi, etnik və dini mənsubiyyət, mədəniyyət və ya əlillik zəminində bütün maneələr aradan qaldırılmalıdır”, -deyə BMT-nin bəyanatında qeyd olunur.

BMT-nin bəyanatında əlavə olunur ki, sosial ədalətə nail olmaq təşkilatın qlobal hədəflərinin mərkəzində dayanır. Daha sonra bildirilir: “Beynəlxalq Əmək Təşkilatının ədalətli qloballaşma məqsədilə qəbul etdiyi Sosial Ədalət Bəyannaməsi BMT sistemində fəaliyyət göstərən strukturların bu mühüm məsələyə diqqətinin təzahürüdür. Bəyannamədə məşğulluq sahəsində hamı üçün ədalət prinsiplərinin təmin edilməsi, sosial müdafiə, sosial dialoq və iş yerində insanların hüquqlarının qorunması problemləri öz əksini tapıb”.

Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, bu gün dünyada 2 milyarda yaxın insan münaqişə və qeyri-sabitlik şəraitində yaşayır. Onlardan 400 milyonu 15-29 yaş arasında olan insanlardır. Yeni – adekvat iş yerlərinin açılması dünya əhalisinin 40 faizi üçün aktual problemdir və onun həlli cəmiyyətlərdə bərabərlik prinsipinin təmin olunmasına, gərginliyin azaldılmasına və münaqişələrin qarşısının alınmasına şərait yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.