İDMAN


Bu gün “Qarabağ” UEFA Avropa Liqasında dördüncü oyununu keçirəcək

Bakı, 26 noyabr, AZƏRTAC

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında dördüncü oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Ağdam klubu I qrupundakı 4-cü tur matçında Türkiyə "Sivasspor"u ilə qarşılaşacaq.

Ölkədəki hərbi vəziyyətlə əlaqədar rəqibini İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək Azərbaycan çempionu qrupda xalsız yeganə komandadır və sonuncu pillədə qərarlaşıb. Sivas təmsilçisi isə 3 xalla 3-cü sırada yer alıb. "Köhlən atlar" bu görüşdə də uduzsa, pley-offa çıxmaq şanslarını itirəcək.

Hər iki komanda matça ciddi itkilərlə çıxacaq. "Qarabağ"da Filip Ozobiç cəza səbəbindən, Maksim Medvedev və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün matçı buraxacaqlar. Digər zədəlilər - Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovun meydana çıxıb-çıxmayacaqları sual altındadır. "Sivasspor"da isə 8 futbolçu koronavirus probleminə görə oynaya bilməyəcəklər. Onların arasında əsas heyət üzvlərinin də olduğu bildirilir.

Bu komandalar arasında keçirilmiş ilk oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər matçında İspaniya "Vilyarreal"ı İsraildə Təl-Əviv "Makkabi"si ilə üz-üzə gələcək. La Liqa klubu səfərdə qələbə qazanacağı təqdirdə qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.