İDMAN


Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” komandası bu gün turnirin pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, ölkə çempionu paytaxtımızda Çexiyanın "Viktoriya Plzen" komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq oyun saat 20:45-də başlayacaq.

Qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi FIFA hakimi Slavko Vinçiç olacaq. Ona yan xətt hakimləri Tomaz Klancnik, Andraj Kovacic kömək edəcəklər. Matçda dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək. VAR hakimləri isə Nejc Kajtazovic və Jure Praprotnik olacaq.

Baş məşqçi Qurban Qurbanovun komandasında mərkəz müdafiəçiləri Maksim Medvedev və Kevin Medina zədə səbəbindən matçda iştirak edə bilməyəcəklər. Rəqibin heyətində isə zədəli futbolçu yoxdur.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu turu adlayan komanda mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klublar isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.