İDMAN


Bu gün UEFA Konfrans Liqasında 2021/2022-ci il mövsümünün qalibi müəyyənləşəcək

Bakı, 25 may, AZƏRTAC

Bu gün UEFA Konfrans Liqasında 2021/2022-ci il mövsümünün qalibi müəyyənləşəcək.

AZƏRTAC xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin final oyununda İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” komandaları üz-üzə gələcəklər.

“Roma” 95 illik tarixində ikinci, komandanın baş məşqçisi Joze Mourinyo isə beşinci kubokunu qazana bilər. Paytaxt təmsilçisi avrokuboklarda yeganə uğuruna 1961-ci ildə imza atıb. Belə ki, klub Yarmarkalar Kubokuna (indiki Avropa Liqası) sahib çıxıb. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb.

"Feyenoord"a gəlincə, Rotterdam təmsilçisi daha əvvəl 1970-ci ildə Çempionlar Liqasının, 1974 və 2002-ci illərdə isə Avropa Liqasının qalibi olub.

Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.