CƏMİYYƏT


Bu gün Ümumdünya Su Monitorinqi Günüdür

Bakı, 18 sentyabr, AZƏRTAC 

18 sentyabr dünyanın bir çox ölkəsində Ümumdünya Su Monitorinqi Günü kimi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevin AZƏRTAC-a verdiyi açıqlamaya görə, sentyabrın 18-də respublika çaylarında su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə keçirilən monitorinqlərə əsasən Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 160, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla 50-150, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edir.

Baş hidroloqun sözlərinə görə, tranzit çaylarda aparılan monitorinqlərə əsasən Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 126 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 91 faizinə bərabərdir. Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 5 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 46 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla normanın 84 faizinə bərabərdir.

Kür çayının aşağı axınında isə suyun səviyyəsi artıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 15 santimetr artaraq 425 santimetr təşkil edib.

A.Verdiyev bildirib ki, respublika çaylarında su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən ölkə və transsərhəd çaylarda müntəzəm hidroloji monitorinqlər keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.