İDMAN


Bu gün cüdoçularımız Avropa kuboku yarışlarında mübarizəyə başlayırlar

Bakı, 16 oktyabr, AZƏRTAC

Bu gün Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa kuboku yarışları start götürür.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanı 11 idmançı təmsil edəcək. Yarışda kişilər arasında Rəşad Baxşəliyev, Sənan Əhmədov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (66 kq), Zaməddin Poladov, Rüfət Şovlatov (73 kq), Ömər Rəcəbli, Kərim Məmmədov, Məhərrəm İmamverdiyev (hər üçü 81 kq), Rüfət İsmayılov (90 kq) və Ruslan Nəsirli (100 kq) mübarizə aparacaqlar.

Oktyabrın 17-dək davam edəcək turnirdə 27 ölkədən 300-ə yaxın cüdoçu iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.