Bu gün dənizə bəslədiyimiz xoş münasibət gələcəyə hesablanmış bir qənimətdir
AzerTAg.az

Sumqayıt, 27 may, Ətrabə Rzayeva, AZƏRTAC
Biz “Xəzəri qoruyaq” layihəsində “ASAN xidmət”in iştirakçısı kimi burada bir neçə dəfə təmizlik aksiyasında iştirak etmişik. Nə xoş ki, bu kimi aksiyalar keçirilir. Bizdən sonra buralar təmiz görünür. Amma sakinlərin özləri təmizliyə riayət etməli, Xəzərin sahilini cirkləndirməməlidirlər.
Bu sözləri AZƏRTAC-a “ASAN xidmət” mərkəzinin nümayəndəsi Fidan Bağırova deyib. Sahilə qəlib təmiz, abad yerdə dincəlmək necə hər kəsə xoşdursa, ondan sonra gələnlər üçün də bu, belə olmalıdır. Bu yanaşma torpağa sevgidən, məsuliyyətdən də gəlir. Xəzərin sahilinə çox adam gəlir. Kimisi dincəlməyə, kimisi sağlamlığının qayğısına qalmaq üçün. Biz ASAN könüllüləri hamını Xəzərə sevgi ilə, qayğı ilə yanaşmağa çağırırıq. Bu gün dənizə bəslədiyimiz xoş münasibət gələcəyə hesablanmış bir qənimətdir, - deyə F.Bağırova əlavə edib.
Xəbərin mətnində orfoqrafik səhv var