İDMAN


Bu gün dünya çempionatının E və F qruplarında üçüncü tura yekun vurulacaq

Bu gün dünya çempionatının E və F qruplarında üçüncü tura yekun vurulacaq

Bakı, 1 dekabr, AZƏRTAC

Bu gün Qətərdə futbol üzrə dünya çempionatının E və F qruplarında üçüncü tura yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, E qrupu çərçivəsində Kosta-Rika – Almaniya və Yaponiya – İspaniya oyunları keçiriləcək. “Əl Beyt” stadionunda oynanılacaq Kosta-Rika – Almaniya matçını fransız qadın FIFA referisi Stefani Frappar idarə edəcək. “Xəlifə” stadionunda keçiriləcək digər matç isə Viktor Qomesə (CAR) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hesabında 4 xal olan İspaniya millisi qrupa liderlik edir. Yaponiya və Kosta-Rika milliləri 3 xalla ikinci-üçüncü pillədə yer alıblar. Almaniyanın isə aktivində 1 xal var.

F qrupu çərçivəsində isə Kanada - Mərakeş və Xorvatiya – Belçika matçları oynanılacaq. Hər iki oyuna saat 19:00-da start veriləcək. “Al-Tumama” stadionunda keçiriləcək Kanada - Mərakeş matçı braziliyalı hakim Rafael Klaus idarə edəcək. “Əhməd ibn Əli” stadionunda təşkil olunacaq digər oyun isə İngiltərədən olan hakim Entoni Teylora tapşırılıb.

Xorvatiya və Mərakeş milliləri 4 xalla turnir cədvəlində ilk iki pillədə yer alıblar. Belçika 3 xalla üçüncü, hələ xal qazana bilməyən Kanada isə sonuncudur.

Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina və Polşa yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.