CƏMİYYƏT


Bu gün koronavirus infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 9 min 860, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 min 467 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 337 min 361-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 889 min 216, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 448 min 145 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.