ELM VƏ TƏHSİL


Bu gündən imtahan protokolları və cavab kartlarının emalına başlanılır

Bakı, 3 iyun, AZƏRTAC

Bu gündən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.

Bu barədə AZƏRTAC-a DİM-dən bildirilib.

Qeyd edək ki, iyunun 3-də ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.