İQTİSADİYYAT


Bu günədək Bakı-Gəncə-Bakı sürət qatarı ilə 309 sərnişin daşınıb

Bakı, 4 yanvar, AZƏRTAC

Bu günədək Bakı-Gəncə-Bakı sürət qatarı ilə 309 sərnişin daşınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dekabrın 30-dan sərnişin daşınmasına başlayan Bakı-Gəncə-Bakı qatarı ilə bu vaxtadək 309 sərnişin daşınıb.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə günaşırı, Bakıdan dekabrın 30-dan etibarən ayın cüt günlərində, Gəncədən isə dekabrın 31-dən etibarən ayın tək günlərində “Stadler Rail Group” şirkətinin istehsalı olan KISS markalı ikimərtəbəli 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.