REGİONLAR


Bu il 125 ədəd taxılbiçən kombaynın alınması nəzərdə tutulur VİDEO

Bərdə, 7 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Respublika üzrə biçinə 1700 kombaynın cəlb edilməsi nəzərdə tutulur. Bu kombaynlardan 728 ədədi “Aqrolizinq” ASC tərəfindən cəlb ediləcək. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il əlavə olaraq, 125 ədəd taxılbiçən kombaynın alınması nəzərdə tutulur. Bundan başqa dağətəyi, mailli, relyefi çətin olan ərazilərdə biçinin aparılması üçün xüsusi dağ kombaynlarının alınması da planlaşdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdədə jurnalistlərə müsahibəsində məlumat verib.

Taxıl biçininə mayın sonu - iyunun əvvəllərində başlanacağını diqqətə çatdıran nazir bildirib ki, kombaynlar mobilizə edilib, təmir-sazlama işləri həyata keçirilir. "Keçən il olduğu kimi, dislokasiya tədbirləri və kombaynlara quraşdırılan GPS vasitəsilə düzgün planlaşdırma aparmaqla biçinin həyata keçirilməsi nəzərdə tutulur. Biçin zamanı “Aqrolizinq” ASC tərəfindən, ilk növbədə, 50 hektara qədər ərazisi olan kiçik fermerlərə üstünlük veriləcək. Ondan sonra böyük fermerlər bu texnikalardan istifadə edə bilərlər", - deyə İnam Kərimov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.