İQTİSADİYYAT


Bu il Azərbaycanda 25,1 milyon ton neft və 15,8 milyard kubmetr əmtəəlik təbii qaz çıxarılıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Azərbaycanda 25 milyon 172,9 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 23 milyard 74,1 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 15 milyard 864,9 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 8 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 21,6 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 0,3 faiz çoxalıb.

Ölkədə neft istehsalı 2,5 faiz azalıb, qaz hasilatı isə 30,9 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.