İQTİSADİYYAT


Bu il Azərbaycanda ən çox ixrac əməliyyatları iyulda aparılıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Cari ildə Azərbaycanda ən çox ixrac əməliyyatları iyulda aparılıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi iyul, ən aşağı göstəricisi isə mayda qeydə alınıb. Belə ki, iyulda ixrac əməliyyatları 2 milyard 582,4 milyon ABŞ dolları, mayda isə 1 milyard 62,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu il ölkədə ixracın dəyəri 14 milyard 649 milyon dollar olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.