ELM VƏ TƏHSİL


Bu il BDU-nun alimlərinin dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

Bakı, 28 iyun, AZƏRTAC

Bu il iyunun 20-dək Bakı Dövlət Universitetinin (BDU) alimləri tərəfindən “Clarivate Analytics” (əvvəlki “Tomson Reuters”) informasiya agentliyinin bazasına daxil olan nəşrlərdə 137 məqalə dərc etdirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, universitet alimləri tərəfindən çap etdirilmiş məqalələrə 734 dəfə (yalnız 2019-cu ildə dərc olunmuş məqalələrə 21 dəfə) istinad olunub.

“Clarivate Analytics” agentliyinin rəsmi məlumatına əsasən, ötən il “Web of Science” bazasına daxil olan nəşrlərdə universitet alimləri tərəfindən 341 məqalə dərc etdirilib və bu məqalələrə 1735 dəfə (yalnız 2018-ci ildə dərc etdirilmiş məqalələrə öz-özünə (self-citation) istinadı çıxmaq şərti ilə 247 dəfə) istinad olunub.

Ümumiyyətlə, 1975-ci ildən başlayaraq “Web of Science” bazasına daxil olan nəşrlərdə universitet alimləri tərəfindən 2725 məqalə dərc etdirilib və bu məqalələrə 9499 dəfə istinad olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.