REGİONLAR
Bu il Bərdədə 153 hektar yeni meşə və meyvə bağları salınıb
Bərdə, 31 dekabr, AZƏRTAC
Cari ildə Bərdə rayonunda 153 hektar sahədə yeni meşə və meyvə bağları salınıb.
Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 15 hektarda salınan meşələrdə 39 min ədəd şam, göyrüş, sərv, palıd, tuya ağacları, 138 hektar meyvə bağında isə 69 min ədəd ərik, nar və tut ağacları əkilib.
Kökləndirmək üçün 5 hektar sahədə 271 min ədəd nar qələmi basdırılıb, 1 hektarda (33 min ədəd) tuya, şam, sərv ağaclarından ibarət böyütmə sahəsi yaradılıb. Baramaçılığın inkişafı məqsədilə rayon ərazisində əkilmək üçün 110 min ədəd tut tingi verilib. Ting yetişdirilməsi üçün 1,5 hektarda tut, ərik, göyrüş, akasiya toxumları səpilib, 2300 kiloqram toxum tədarük edilib.
Yeni meşələrin və meyvə bağlarının salınması 2019-cu ildə də davam etdiriləcək.