REGİONLAR
Bu il Bərdədə 90 hektar sahədə yeni meşələr salınacaq
Bərdə, 12 avqust, AZƏRTAC
Bu il Bərdədə 90 hektar sahədə yeni meşəlik salınacaq.
Bərdə rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, artıq Oğlan baba, Aslan Əyricə, Bərdə, Soltanbud-2 meşəbəyliklərində əsasən akasiya, palıd, iydə və digər cinslərindən ibarət 30 hektarda meşə salınıb. Bundan başqa, 0,4 hektar sahədə 10 min ədəd qələm basdırılıb, 1,5 hektarda şam ağaclarından (54 min 200 ədəd) ibarət böyütmə sahəsi yaradılıb. 4,6 hektar sahədə akasiya ağaclarından ibarət tinglik səpilib, 600 kiloqramdan artıq toxum tədarük edilib.
Payız mövsümündə daha 60 hektarda yeni meşəlik salınacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]