ELM VƏ TƏHSİL


Bu il Gürcüstanın Qardabani rayonunda 7 azərbaycanlı şagird orta məktəbi qızıl medalla bitirib

Tbilisi, 17 may, AZƏRTAC

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda 2018-2019-cu tədris ilini qızıl və gümüş medallarla bitirən məzunlarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədris ilini qızıl və gümüş medallarla bitirən şagirdlərin 9-u azərbaycanlıdır. Onların 7-si qızıl, 2-si isə gümüş medallara sahib olublar.

Qardabani rayon Resurs Mərkəzində medallar sahiblərinə təqdim olunub.

Tədbirdə Qardabani Rayon İcra Hakimiyyətinin başçısı Ramaz Budaqaşvili çıxış edərək bildirib ki, rayon üzrə 33 məzun tədris ilini qızıl və gümüş medallarla bitirb. Onlardan 20 məzun qızıl, 13-ü isə gümüş medala layiq görülüb. Bu rayon üçün çox yaxşı göstəricidir. İcra başçısı Qardabanidə medal alan məzunların sayının ildən-ilə artmasının qürurverici olduğunu vurğulayıb və bu göstəriciyə görə müəllim və valideynlərə təşəkkür edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.