DÜNYA


Bu il Pakistanda 400 hind məbədi istifadəyə verilib

İslamabad, 20 noyabr, АZƏRTAC

Bu il Pakistan öz ərazisində olan 428 hind məbədinin 400-nü istifadəyə verib.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, 1947-ci ildə Hindistanla Pakistan ayrıldıqdan sonra bu məbədlər bağlanmışdı.

Pakistanla Hindistan arasındakı Kartapur dəhlizinin açılması isə hind zəvvarlara Pəncab əyalətindəki Sikh məbədinə, Kəşmirdəki müqəddəs Şarda Pit məbədinə getmək imkanı verəcək.

Materialda vurğulanır ki, Pakistan hökuməti hər il 3-4 tarixi məbədi yenidən istifadəyə verməyi planlaşdırır. İlk növbədə Sialkotdakı min illik Şivaliya Teca Sinqx və Peşəvərdəki dünya tarixi irs obyekti olan Qorakxnatx tarixi məbədləri yenidən qurularaq istifadəyə veriləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.