REGİONLAR
Bu il Samuxda 1620 nəfərlik 4 məktəb binası və korpus tikiləcək
Gəncə, 22 aprel, Rauf Hacıyev, AZƏRTAC
Bu il Samux rayonunun 4 yaşayış məntəqəsində ümumi şagird sayı 1620 nəfərlik olan 4 orta məktəb üçün yeni bina və korpus tikiləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında məlumat verib.
Samuxda həyata keçiriləcək sosial-iqtisadi infrastruktur layihələri barədə danışan icra hakimiyyətinin başçısı deyib ki, bu il rayonun Sərkar kənd orta məktəbi üçün 650 şagird yerlik, İnstitut qəsəbə tam orta məktəbi üçün 650 şagird yerlik yeni məktəb binaları tikiləcək. Həmçinin Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbi üçün 200 şagird yerlik, Alıuşağı kənd tam orta məktəbi üçün isə 120 şagird yerlik əlavə korpuslar inşa ediləcək.
Həmçinin cari ildə rayonun şəhər, qəsəbə və kəndlərində yeni uşaq bağçalarının inşası və əsaslı təmiri də nəzərdə tutulub.