İDMAN


Bu il keçiriləcək kişi voleybolçular arasında Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib

Bakı, 10 yanvar, AZƏRTAC

2019-cu ildə keçiriləcək kişi voleybolçular arasında Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib.

AZƏRTAC Avropa Voleybol Konfederasiyasının saytına istinadla xəbər verir ki, sentyabrın 12-dən 29-dək davam edəcək çempionata Fransa, Sloveniya, Belçika və Niderland birgə ev sahibliyi edəcək.

Çempionatda Avstriya, Belarus, Belçika, Bolqarıstan, Almaniya, Niderland, Yunanıstan, İspaniya, İtaliya, Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Fransa, Monteneqro, Çexiya və Estoniya milli komandaları birincilik uğrunda mübarizə aparacaqlar.

Turnirin seçmə mərhələsində “G” qrupunda qərarlaşan Azərbaycan millisi 8 xalla ikinci olub və Avropa çempionatının finalına yüksələ bilməyib. Yunanıstan millisi 17 xalla qrup lideri kimi növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, 2017-ci ildə Polşada təşkil olunan Avropa çempionatında Rusiya millisi qalib gəlib. Almaniya yığması çempionatda gümüş, Serbiya isə bürünc medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.