İQTİSADİYYAT
Bu il neft sektoruna 721 milyon manatadək vəsait yönəldilib
Bakı, 27 mart, AZƏRTAC
Cari ilin ilk 2 ayında ölkənin neft sektoruna 720,9 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-fevral aylarında neft sektorunda 5 milyard 78,2 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft sektorunda məhsul istehsalı əvvəlki ilin eyni ayları ilə müqayisədə 3,2 faiz artıb. Bu sektorda istehsal olunmuş əlavə dəyər isə 4,9 faiz çoxalıb. Sənaye məhsulunun 71,7 faizi mədənçıxarma sektorunda istehsal olunub.
Fevralda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 7,1 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 9 faiz bahalaşıb.
Ötən ayın əvvəlinə iqtisadiyyatın neft sektorunda 34,3 min nəfər çalışıb. Yanvarda neft sektorunda nominal əməkhaqqı isə 2 min 995,8 manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]