CƏMİYYƏT


Bu il özünüməşğulluq proqramı çərçivəsində 4100-dən çox təsərrüfat yaradılıb

Bakı, 29 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən illə müqayisədə 6,5 dəfə çox olmaqla 7800-dək ailə cəlb edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək onlardan 4100-dən çoxuna mal və materiallar təqdim olunub. Həmin ailələrin biznes planlarına uyğun şəkildə müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfatlarının yaradılması təmin edilib. Bu da onların öz zəhmətləri hesabına gəlirlərini artırmalarına və dövlət yardımından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı əldə etməsinə şərait yaradıb.

Özünüməşğulluq proqramında xüsusilə həssas qrupların fəal iştirakına diqqət yönəldilib. Proqrama cəlb edilənlərin 1000 nəfərdən çoxunu əlilliyi olan şəxslər, 1000 nəfərə qədərini sosial yardım alan ailələrin üzvləri, 400 nəfərə qədərini sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, 160 nəfərini şəhid ailəsi üzvləri, 1300 nəfərə qədərini məcburi köçkünlər, 70 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlər və başqaları təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.