REGİONLAR
Bu il qazaxlı arıçılar 38 tondan çox məhsul əldə ediblər
Qazax, 22 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Ermənistanla həmsərhəd bölgələrimizdən olan və kəndləri tez-tez düşmən təxribatı nəticəsində atəşə tutulan Qazax rayonunda müharibə şəraitinin bütün çətinliklərinə baxmayaraq, yerli sakinlər kənd təsərrüfatının müxtəlif sahələri kimi arıçılığa da xüsusi maraq göstərir və arı ailələrinin sayını ildən-ilə artırırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Qazax rayonunda arıçılıqla məşğul olan sahibkarların sayı 535 nəfərə, arı ailələrinin sayı isə 2 min 940-a çatıb.
Bu il hər arı ailəsindən orta hesabla 9,8 kiloqram olmaqla, ümumilikdə, 38 ton 620 kiloqram məhsul götürülüb. Ötən il isə 2 min 807 arı ailəsindən orta hesabla 9,6 kiloqram olmaqla, ümumilikdə, 26 ton 950 kiloqram məhsul əldə olunmuşdu.
Qeyd edək ki, Qazax rayonunun ən çox Quşçu Ayrım, Məzəm, Aşağı Salahlı, Fərəhli və digər kəndlərinin sakinləri arıçılıqla məşğul olurlar.