REGİONLAR
Bu il ümumtəhsil məktəblərini bitirən şirvanlı şagirdlərdən 32 nəfəri 600-dən çox bal toplayıb
Şirvan, 29 avqust, Mahir Babayev, AZƏRTAC
Şirvanın ümumtəhsil məktəblərinin XI sinfini bitirən 32 məzun 600-dən çox bal toplayaraq respublikanın müxtəlif ali və orta ixtisas təhsili məktəblərinə daxil olub.
Şəhər Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2017-2018-ci tədris ilində şəhərdə fəaliyyət göstərən 14 tam orta məktəbi 721 şagird bitirib. XI sinfi bitirən şagirdlərdən 468-i respublikamızın müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Onlardan 353 nəfəri test tapşırıqlarını düzgün cavablandıraraq tələbə adını qazanıb. Məzunlardan 32-i 600-dən yuxarı, 61 nəfəri isə 500-600 arası bal toplayıb.
Şəhər 1 və 18 nömrəli tam orta məktəblərin şagirdləri qəbul imtahanlarında xüsusilə fərqləniblər. Bu təhsil ocaqlarını bitirən məzunlardan Harun Ramazanlı 682, Fədaə Ataşova 676, Naib Qəhrəmanov 649, Nərgiz Kazımova 624, Pərzad Səfərova 622 bal toplayaraq müəllimlərinin etimadını doğruldublar.
Ali məktəblərə sənəd verən şagirdlər arasında ən yüksək nəticəni isə şəhər 1 nömrəli tam orta məktəbin məzunu Taleh Yaqubov əldə edib. O, 695 bal toplayaraq Bakı Ali Neft məktəbinə daxil olub.