CƏMİYYƏT


Bu ilin 11 ayında sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib

Bakı, 3 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-noyabr aylarında ümumilikdə 2 milyon 631 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin sosial təminat növləri üzrə əhaliyə bu ilin 11 ayında ötən ilin eyni dövrünə nisbətən 21,5 faiz və ya 931,7 milyon manat çox olmaqla 5 milyard 264 milyon manat vəsait ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.