CƏMİYYƏT


Bu ilin birinci rübündə 22,7 mindən çox gəncə peşəyönümü məsləhətləri verilib

Bakı, 9 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən orta ümumtəhsil məktəblərində gənclər üçün peşəyönümü tədbirləri davam etdirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin birinci rübündə keçirilən bu tədbirlər zamanı 22 min 735 gəncə əmək bazarında mövcud vəziyyət və tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib.

Həmin tədbirlər zamanı müsahibə və testlər keçirilib, onların müxtəlif peşə və ixtisas sahələri üzrə maraq və bacarıqları müəyyən edilib. Bununla yanaşı, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə gənclərə məsləhət xidmətləri göstərilib.

Həmçinin onlara Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri haqqında da məlumatlar çatdırılıb.

Gənclərin düzgün peşə seçiminə və bununla da gələcəkdə əmək bazarına daha asan çıxışına dəstək məqsədi daşıyan həmin tədbirlərin il ərzində 65 şəhər və rayondakı məktəblərdə keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.