CƏMİYYƏT


Bu ilin birinci rübündə ilkin əlillik təyinatları 49 faiz azalıb

Bakı, 26 aprel, AZƏRTAC

Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən tədbirlər cari ilin birinci rübündə ilkin əlillik təyinatlarının sayında ciddi şəkildə azalmaya səbəb olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar-mart aylarında nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ilkin əlillik təyin olunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz azalaraq 5310 nəfər təşkil edib. O cümlədən, ilkin olaraq I dərəcə əlillik təyinatı 2018-ci ilin birinci rübünə nisbətən 3 dəfə, II dərəcə əlillik təyinatı 3 dəfəyə yaxın, III dərəcə əlillik təyinatı 26, sağlamlıq imkanlarının məhdudluğunun təyinatı isə 34 faiz azalıb.

Dərəcə

2019-cu ilin I rübündə ilkin əlillik təyin olunanlar (nəfər)

2018-ci ilin I rübü ilə müqayisədə azalma

I dərəcə

531

66%▼

II dərəcə

2248

57%▼

III dərəcə

1078

26%▼

Sağlamlıq imkanları məhdudluğun təyinatı

1453

34%▼

CƏMİ

5310

49%▼

Dinamikada özünü göstərən azalma tempi əlillik təyinatlarının aparılmasında inzibatçılığın təkmilləşdirilməsi və struktur dəyişiklikləri, əsassız göndərişlər üzrə aparılmış əlillik təyinatlarının müəyyənləşdirilərək ləğv edilməsi, ümumən bu sahədə ciddi nəzarət tədbirlərinin müsbət nəticəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.