CƏMİYYƏT


Bu ilin ötən dövrü ərzində 5,5 mindən artıq şəxs özünüməşğulluq proqramına cəlb edilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramının icrası davam etdirilir. Bu ilin ötən dövrü ərzində xidmət tərəfindən 5 min 561 nəfər işaxtaran və işsiz şəxs həmin layihəyə cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihə iştirakçılarından 1345 nəfəri qadınlar, 1346 nəfəri əlilliyi olan şəxslər, 1070 nəfəri məcburi köçkünlər, 348 nəfəri isə ünvanlı sosial yardımı alan vətəndaşlardır.

Qeyd edək ki, proqrama cəlb edilən şəxslərdən 4124 nəfəri artıq təlim kursunu uğurla başa vurub. Təlimlərdə iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər. Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin edilirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.