CƏMİYYƏT


Bu ilin üç ayı ərzində 32 mindən çox şəxsə peşəyönümü məsləhətləri verilib

Bakı, 22 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran vətəndaşlar və gənclər üçün peşəyönümü tədbirlərinin təşkili davam etdirilir. Bu ilin üç ayı ərzində respublika üzrə 32 min 849 vətəndaş həmin tədbirlərə cəlb olunub. Onlardan 22 mindən çoxu gənclərdir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, peşəyönümünə cəlb olunan şəxslərə əmək bazarında mövcud vəziyyət və tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib. İştirakçılara düzgün peşə seçiminə dəstək məqsədilə məsləhət xidmətləri göstərilib. Onlara Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri və aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib.

İl ərzində respublikamızın şəhər və rayonlarındakı məktəblərdə peşəyönümü tədbirləri davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.